Şənbə, 04 May

Ramiz Novruzun aktyor oğlu: "Mənimlə işiniz olmasın!" - FOTO

image


Məhrum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Xəbər verilir ki, o paylaşımında bir neçə gün əvvəl verdiyi açıqlamasına aydınlıq gətirib.

Cavidan atasının 40 mərasiminə qədər səhnədən uzaq qalacağını, lakin bunun başqa cür qeyd edildiyini deyib. 

Atasını itirən aktyor bir müddət səhnədən uzaq olacağını desə də, sosial şəbəkələrdə bunun başqa cür yazıldığını bildirib:

“Demişəm ki, atamın 40 mərasiminə qədər efirlərdir, səhnədir, musiqidir - bu işləri dayandırıram, səhnəyə çıxmayacam! Amma yazırlar ki, Cavidan Novruz deyir, daha səhnəyə çıxmayacam! Niyə bu şəkildə hər şeyi iyrəncləşdirirsiniz? Bunu bu günlərdə niyə edirsiniz ki? Çox xahiş edirəm, mənimlə işiniz olmasın! İmkan verin, çəkilim bir kənara, dərdimi çəkim! Özümü toparlayım, çox xaiş edirəm".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15